SOCAR Novorossiysk limanından xam neft ixracını kəskin artırıb

SOCAR Novorossiysk limanından xam neft ixracını kəskin artırıb
# 01 sentyabr 2016 16:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR Novorossiysk limanından 169 min 702 ton xam neft ixrac edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 99,85% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 728 min 768 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 8 ayı ilə müqayisədə 21,69% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR