Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (STAR layihəsi) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 4 fevral 2013-cü il tarixli Sərəncamına əsasən, yaradılmış səhmdar cəmiyyətinin dövlət mülkiyyətində olan səhmlərinin sərmayə kapitalı tamamilə ödənilib.
"APA-Economics" xəbər verir ki, 2015-ci ilin sonuna qədər layihə çərçivəsində mühəndislik işlərinin 91,8%-i, satınalma işlərinin 47,3%-i, ümumi işlərin isə 41,5%-i yekunlaşıb.
İşlərin 2018-ci ilin birinci rübündə yekunlaşması planlaşdırılır və aprel ayında zavodun kommersiya fəaliyyətinə başlayacağı gözlənilir.
Zavodun illik emal gücü 10 mln. ton olmaqla layihə çərçivəsində əsasən dizel, nafta, aviasiya yanacağı istehsal olunacaq.