Rio-2016: Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb

<span style="color: red;">Rio-2016:  Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb
# 05 sentyabr 2016 18:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Rio-de-Janeyroda Paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, mərasimdə paralimpiyaçılarla yanaşı, Azərbaycandan gəlmiş qonaqlar və Braziliyadakı səfirliyimizin nümayəndəsi iştirak edib.

Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Rio Paralimpiya Yay Oyunları sentyabrın 7-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR