“Azərbaycan 25 il erməni terroru ilə üz-üzə" mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan 25 il erməni terroru ilə üz-üzə" mövzusunda dəyirmi masa keçirilib
# 26 oktyabr 2016 12:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Hüquq və İnsan Haqları İnstitutunda “Azərbaycan 25 il erməni terroru ilə üz-üzə mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə institutun direktoru, millət vəkili Aytən Mustafazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad İzzətoğlu, professor Firdovsiyyə Əhmədova və başqaları iştirak edib, erməni terroru ilə bağlı fikirlərini bildirib, tədbirin əhəmiyyətindən danışıblar.

İnstitutun direktoru Aytən Mustafazadə bildirib ki, terror bütün dünyanın ciddi probleminə çevrilib: “Terrorun bütün növlərinə qarşı ciddi mübarizə aparılmalıdır. Terrorun əlləri çox uzundur və hər zaman özünü göstərə bilər. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi düşmənlər tərəfindən qəbul olunmur. Ona görə də biz terror hadisələrinin qarşısının alınması üçün hər zaman hazır olmalıyıq. Azərbaycanın təhlükəsizliyi qorunur və bu, davam edəcək. Bu gün biz terrorla mübarizə aparırıq. İnşallah, ermənilərin qəhrəmanlıq saydığı cinayətlərin, terrorların beynəlxalq səviyyədə öz qiymətini almasının yaxın vaxtlarda şahidi olacağımıza ümid edirəm və o gün uzaqda deyil”.

İnstitutun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadə İnstitutun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gördüyü işlərdən danışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, professor Fuad İzzətoğlu bildirib ki, ermənilərin azərbaycanlılara qarşı apardığı terror siyasətinin əsasında həm də azərbaycanlıların müsəlman olması dayanır: “Bu gün bizə qarşı olan hücumların bir səbəbi də müsəlman olmağımızdır. Ermənilər özlərini dünyada yazıq və məzlum kimi göstərir. Azərbaycan xalqı isə başını dik tutur. Biz demokratik dövlətimizlə fəxr etməli, terror və cinayətlə mübarizəmizdən əl çəkməməliyik. Terror bəşəriyyətin bəlasıdır və ona qarşı mübarizə hər zaman aparılmalıdır”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR