Ötən gecə Ukrayna SQ İran istehsalı 11 “Shahed” dronunu vurub

Ötən gecə Ukrayna SQ İran istehsalı 11 “Shahed” dronunu vurub
# 23 avqust 2023 10:40 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri gecə Rusiya ordusu tərəfindən göndərilən 20 ədəd “Shahed-136/131” tipli zərbə dronundan 11-ini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna SQ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, istehsalat və daşıma komplekslərinə zərbələr endirilib, taxıl anbarları zədələnib.

Həmçinin əlavə olunub ki, bu gecə Rusiya ordusu Xersonda uşaq bağçasına və yaşayış binalarına 2 idarə olunan bomba atıb və nəticədə 6 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR