Fransada fövqəladə vəziyyət rejimi altı ay müddətinə uzadılıb

Fransada fövqəladə vəziyyət rejimi altı ay müddətinə uzadılıb
# 20 iyul 2016 04:24 (UTC +04:00)

Bakı-APA. Fransa parlamentinin aşağı palatası iyulun 20-nə keçən gecə ölkə ərazisində fövqəladə vəziyyət rejiminin altı ay müddətinə uzadılmasını dəstəkləyiblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Manuel Vals hökumətinin təklif etdiyi mətn fövqəladə vəziyyət rejiminin üç ay müddətinə uzadılmasını nəzərdə tutsa da, deputatlar müddətin altı aya uzadılmasını təklif ediblər.

Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilən terror aktına görə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti iyulun 26-da bitir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR