Bakıdakı avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb - TAM SİYAHI

Bakıdakı avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb - <span style="color: red;">TAM SİYAHI
# 24 fevral 2016 08:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb.

APA-nın 3 saylı şəhər Klinik Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 12 nəfər bu xəstəxanaya gətirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslər aşağıdakılardır:

1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin Cavanşir qızı

1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu

1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı

1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu

1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu

1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu

1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan

1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş

Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev APA-ya bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:

1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu

1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı

1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu

1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu

Qeyd edək ki, məlum qəza hadisəsi bu gün səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və “Nissan” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 62 saylı avtobusun sərnişinlərdən Asif Yusif oğlu Nəsirov hadisə yerində ölüb. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR