Saatlıda 20 yaşlı gənc intihar edib

Saatlıda 20 yaşlı gənc intihar edib
# 23 avqust 2016 22:11 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlı sakini özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, intihar hadisəsi saat 23.00 radələrində Saatlı rayonunun Əhmədbəyli kəndində baş verib. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Əsgərov Cahid Mail oğlu həyətlərində yerləşən talvardan özünü asaraq intihar edib. Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR