Tərtərdə 2 ədəd partlamamış hərbi sursat aşkar olunub

Tərtərdə 2 ədəd partlamamış hərbi sursat aşkar olunub
# 10 iyul 2016 19:10 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyulun 10-da Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər rayonunun Çaylı kəndində 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.


10 İyul tarixində 4 əkin sahəsində və 1 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilib, nəticə etibarilə gün ərzində 20 900 kv.m ərazi təmizlənib.


Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 10 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 579 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR