"Gəncəbank"ın ləğvedicisi dəyişib

"Gəncəbank"ın ləğvedicisi dəyişib
# 28 oktyabr 2016 16:07 (UTC +04:00)

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Gəncəbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Fondun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan “Gəncəbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR