“Kredobank”, “Dekabank” və “Parabank” ASC-lərin kreditorlarının tələblərinin qeydə alınması prosesi başa çatıb.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli qərar iflas proseduruna başlanılan ”Kredobank” ASC-yə qarşı sentyabrın 7-dən kreditorların tələblərin qeydiyyatına başlanıb və 7 noyabr 2016-cı il tarixində başa çatdırılıb.
Fonddan o da bildirilib ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli qərarı ilə iflas proseduruna başlanılan “Dekabank” ASC-yə və 22.07.2016-cı il tarixli qərarı ilə məcburi ləğv edilən “Parabank” ASC-yə qarşı avqustun 31-dən kreditorların tələblərin qeydiyyatına başlanıb və 31 oktyabr 2016-cı il tarixində başa çatdırılıb.
Bununla əlaqədar Fonddan bildirilib ki, bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq, kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.