Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2016-cı ilin oktyabrın ayının 1-nə 20 134,2 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 450,2 mln. manat və ya 13,86% çoxdur.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin avqust ayı ilə müqayisədə sentyabrda geniş mənada pul kütləsi 1 mlrd. 19,9 mln. manat və ya 4,82% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 597,5 mln. manat və ya 6,38% artaraq oktyabrın 1-nə 9 966,4 mln. manat olub, sentyabrda isə 105 mln. manat və ya 1,06% artıb.