Polşa ABŞ-dən 96 ədəd hücum helikopteri alacaq

Polşa ABŞ-dən 96 ədəd hücum helikopteri alacaq
# 23 avqust 2023 07:41 (UTC +04:00)

Polşa Amerika helikopterləri və tankları ilə şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.

“Dövlət Departamentinin Polşaya 96 “Apaçi” hücum helikopteri satmağa razılıq verməsindən çox məmnunuq. Bunlar dünyanın ən yaxşı hücum helikopterləridir”, -deyə nazir söyləyib.

O qeyd edib ki, “Apaçi” Polşa ordusunun xidmətində olan “Mi-24”ləri əvəzləyəcək.

Hücum helikopterlərinin gəl il ölkəyə gətirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR