Polşada 3 seçki məntəqəsində bomba həyacanı verilib

Polşada 3 seçki məntəqəsində bomba həyacanı verilib
# 15 oktyabr 2023 23:21 (UTC +04:00)

Polşanın paytaxtı Varşavada 3 seçki məntəqəsində bomba həyəcanı verilib.

APA xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat verib.

Sözügedən məntəqələrdən 200-ə yaxın insan təxliyyə olunub, hadisə yerinə mütəxəssislər cəlb olunub.

Qeyd edək ki, bu gün Polşada parlament üzrə seçki keçirilib. Seçkinin nəticəsi əsasında Seym və Senatın üzvləri təyin olunacaq.

Hazırkı nəticələrə əsasan hakim Qanun və Ədalət partiyası öndədir, lakin onların topladığı səs 2019-cu ildəki nəticələrə nisbətən daha azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR