Metroya bomba qoyacağını deyən şəxs 5 il azadlıqdan məhrum edilib

Metroya bomba qoyacağını deyən şəxs 5 il azadlıqdan məhrum edilib
# 26 oktyabr 2016 14:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Fəqani Hüseynovun məhkəməsi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə F. Hüseynov 5 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102" xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İmişli rayon sakini, 1977-ci il təvəllüdlü F. İsmayılov olduğu müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR