Azərbaycan prezidenti ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan prezidenti ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2016 11:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer arasında görüş olub.

APA-nın məlumatına görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib. Görüşdə Dağlıq Qarabağ, enerji, ikitərəfli və ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edilib. Münasibətlərin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olunub.

Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulanıb.

Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR