Azərbaycan çempionatının təqvimi yenə dəyişdirilib

Azərbaycan çempionatının təqvimi yenə dəyişdirilib
# 16 fevral 2016 08:06 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimi yenə dəyişdirilib. Apasport.az saytının məlumatına görə, bu, çempionatımızda çıxış edən Gürcüstanın “Tbilisi” klubunun Bakıya növbəti səfəri səbəbindən rəsmiləşib.

Belə ki, Tiflis təmsilçisi fevralın 17-20-də paytaxtımızda olacağından təxirə salınan görüşlər həmin günlərə salınıb. Qonaqlar ardıcıl 3 gün oynadıqdan sonra yenidən vətənlərinə qayıdacaqlar.

Həmçinin, 2 dəfə təxirə salınan “Azəryol” – “Gənclik” matçının da tarixi dəqiqləşib. Azərbaycan Voleybol Federasiyası bu qarşılaşmanı Xocalı soyqırımı gününə - fevralın 26-na təyin edib.

17 fevral

IX tur

16:00. “Tbilisi” – “Azəryol”

“Azərreyl” İdman Bazası

XX tur

18:00. “Azərreyl” – “Gənclik”

“Azərreyl” İdman Bazası

18 fevral

XII tur

16:00. “Telekom” – “Gənclik”

“Gənclik” Olimpiya Kompleksi

XV tur

16:00. “Lokomotiv” – “Tbilisi”

“Azərreyl” İdman Bazası

19 fevral

XIII tur

16:00. “Telekom” – “Tbilisi”

“Gənclik” Olimpiya Kompleksi

XIII tur

18:00. “Azərreyl” – “Lokomotiv”

“Azərreyl” İdman Bazası

20 fevral

XI tur

16:00. “Gənclik” – “Tbilisi”

Voleybol Federasiyasının idman zalı

26 fevral

XIII tur

16:00. “Azəryol” – “Gənclik”

“Azərreyl” İdman Bazası

Top oyunları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR