Məhkəmə Hakimləri Assosisasiyaları İttifaqının ümumi yığıncağı keçirilib

Məhkəmə Hakimləri Assosisasiyaları İttifaqının ümumi yığıncağı keçirilib
# 20 fevral 2016 11:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının (AMHAİ) sədri Ələddin Cəfərov qurumun illik hesabatı haqqında məlumat verib.

O bildirib ki, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı fəaliyyətə başladığı ildən hakimlərin fəaliyyətini vahid ictimai institut çərçivəsində əlaqələndirilməsinə, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə, digər ölkələrin məhkəmə təcrübəsinin öyrənilərək səmərəli tətbiqinə, müsbət meyllərin təbliğinə və qanunların təkmilləşdirilməsinə çalışıb: “Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı bu istiqamətlərdə mühüm nəticələrə nail olub. Bu sahədə məhkəmələr və hakimlərlə iş sahəsində ixtisaslaşmış Beynəlxalq Hakimlər Assosiasiyası və onun regional qurumu olan Avropa Hakimlər Assosiasiyası ilə sıx əməkdaşlıq respublikamızın beynəlxalq nüfuzunun güclənməsinə, əcnəbi təcrübənin öyrənilərək praktik şəkildə tətbiqinə xidmət edir”.

Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin sədri Səadət Bəktaşi illik hesabatla çıxış edib.

Sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov “Təqsirləndirilən şəxsin əleyhinə olan məhkəməyədək icraatda əldə edilmiş şahid ifadələri ilə məhkəmə qərarlarının əsaslandırılması problemi Avropa Məhkəməsinin presedentlərində”, Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının hakimi Sevda Hüseynova “İnzibati-iqtisadi mübahisələrə baxılarkən məhkəmə qərarlarının əsaslandırılması və maddi hüquq normalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

Sonda İctimai Birliyə yeni üzvlər qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR