Azərbaycan yığması reytinq siyahısında 1 pillə irəliləyib

Azərbaycan yığması reytinq siyahısında 1 pillə irəliləyib
# 07 yanvar 2016 10:40 (UTC +04:00)

Bakı – APA. FİFA yığmaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin ilk siyahısında cüzi dəyişikliklər olub.

Bu da onunla bağlıdı ki, son 4 həftədə yığmaların iştirakı ilə az sayda oyun baş tutub. Həmin müddətdə heç bir qarşılaşmaya çıxmayan Azərbaycan millisi siyahıda 116-cı pillədə yer alıb.

Hesabında 296 xalı olan komandamız dekabrda açıqlanan siyahı ilə müqayisədə 1 pillə irəliləyib.

Robert Prosineçkinin yetirmələrinin mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olub.

Belə ki, Kuba millisinin 45 pilləlik geriləməsi yığmamızı irəli salıb.

Millimiz və “qonşuları”

111 (110). Mərkəzi Afrika Respublikası - 302

111 (116) Mavritaniya - 302

113 (114). Çad – 301

113 (105). KXDR - 301

115 (115). Aruba - 298

116 (117). AZƏRBAYCAN – 296

117 (119). Türkmənistan - 294

118 (120). Efiopiya – 291

119 (121). Sent-Kitts və Nevis – 289

120 (122). Gürcüstan – 286

121 (123). Ermənistan – 285

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri öz mövqelərini də qoruya bilib.

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455

3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1269

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya - 1091

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də yeri və xalı dəyişməz qalıb.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya – 1347

26 (26). Çexiya - 860

30 (30). Şimali İrlandiya - 825

54 (54). Norveç - 591
198 (196). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda 933 xalla 21-ci yerdə qərarlaşaraq, mövqeyini qoruyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR