Gəncədə polisin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib

Gəncədə polisin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan seminar keçirilib
# 05 sentyabr 2016 13:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş seminar müşavirə keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin, rayon polis idarələrinin nümayəndələri və Dairə seçki komissiyaların sədrləri iştirak edib. Referendumla bağlı kampaniya dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, səsvermədən sonrakı dövrdə səsvermə bülletenlərinin və digər referendum sənədlərinin dairələrə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizliyik tədbirlərinin görülməsi mövzusunda məruzələr dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR