Ötən il Azərbaycana tranzitlə gələn avtomobillərin sayı azalıb

Ötən il Azərbaycana tranzitlə gələn avtomobillərin sayı azalıb
# 07 yanvar 2016 12:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin 145 402-si Yaşıl Kart sisteminə üzv olan ölkələrdə qeydiyyatda olan nəqliyyat vasitələri olub.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, 2015-ci ildə AVSMMİS üzrə rəsmiləşdirilmiş sığorta müqavilələrinin 167 596-sı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Bu sığorta müqavilələri üzrə sığorta haqqı məbləği 4,6 mln. manat təşkil edib.

2014-cü il ilə müqayisədə sərhəd müqavilələrin sayında 9,4%, sığorta haqlarının məbləğində isə 8,9% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR