Bəhram Qasimi: “Gələn il Tehranda İran, Azərbaycan və Rusiya dövlət başçılarının zirvə görüşü keçirilə bilər”

Bəhram  Qasimi: “Gələn il Tehranda İran, Azərbaycan və Rusiya dövlət başçılarının zirvə görüşü keçirilə bilər”
# 21 noyabr 2016 17:30 (UTC +04:00)

Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşü gələn il Tehranda keçirilə bilər.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram  Qasimi  keçirdiyi mətbuat konfransında deyib.

 

B.Qasimi deyib ki, bu kimi görüş ölkələr arasında  sülh, dostluq, həmrəylik və sabitliyin əsaslarını  genişləndirir: “Görüşün  vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir, lakin ümid edirik bu görüşlər davamlı olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR