Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhəri, Girdəni kəndində Təcili Tibbi Yardım Xidməti avtomobili vətəndaşın evinə gedən zaman yolda palçığa batması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.