Rumıniyada yanacaqdoldurma məntəqəsində daha bir partlayış olub, xəsarət alanların sayı artıb - YENİLƏNİB

Rumıniyada yanacaqdoldurma məntəqəsində daha bir partlayış olub, xəsarət alanların sayı artıb - YENİLƏNİB
# 27 avqust 2023 07:46 (UTC +04:00)

Rumıniyanın paytaxtı Buxarest yaxınlığındakı Krevedia şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində daha iki partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə yerli “Digi 24” telekanalı şəhər hakimiyyətinə istinadən məlumat yayıb.

Hadisədə yaralananları sayı 58-ə çatıb.

İlkin məlumata görə, qaz balonları partlayıb.

Telekanalın məlumatına görə, xəsarət alanlar arasında 39 yanğınsöndürən, iki jandarm və iki polis var.

Xüsusilə ağır vəziyyətdə olan 4 xəstənin Belçika və İtaliyadakı xəstəxanalara aparılacağı qeyd edilir.

Yanğının söndürülməsi işlərinə Norveç və Avstriyadan da dəstək verilib.

***

Saat 00:50

Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayış təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 metr radiusda əhalini təxliyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR