Rusiya səfiri Fransa XİN-ə çağırılacaq

Rusiya səfiri Fransa XİN-ə çağırılacaq
# 05 fevral 2024 11:44 (UTC +04:00)

Rusiyanın Parisdəki səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.

APA xəbər verir ki, bu barədə diplomatik mənbə AFP-yə bildirib.

Diplomatik mənbənin verdiyi məlumata görə, bu gün Rusiyanın Fransadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılacaq və Rusiyanın keçən həftə Ukraynada iki fransız humanitar işçinin ölümünə səbəb olan zərbələri pislənəcək.

Eyni mənbə bildirib ki, rəsmi Paris həmçinin Rusiyanın Fransaya yönəlmiş dezinformasiyanı da pisləyəcək.

Xatırladaq ki, ötən həftə Rusiya qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində Ukraynada Fransa vətəndaşı olan iki şəxs həlak olub, üç nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR