Rusiyadan Avropaya neft nəql edən “Drujba” kəmərində sızıntı aşkarlanıb

Rusiyadan Avropaya neft nəql edən “Drujba” kəmərində sızıntı aşkarlanıb
# 12 oktyabr 2022 12:07 (UTC +04:00)

Polşa Rusiyadan Avropaya neft nəql edən “Drujba” kəmərində sızıntı aşkarladığını açıqlayıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, sızıntıya qəzanın səbəb olduğu bildirilib.

Məlumata görə, Polşanın boru kəməri operatoru PERN sızıntının ötən axşam Almaniyaya neft nəql edən əsas xəttə aşkarlandığını açıqlayıb.

Polşanın enerji infrastrukturu üzrə rəsmisi Mateuş Berger “Reuters”ə telefonla verdiyi açıqlamada sızıntının təxribat nəticəsində baş verməsinə inanmaq üçün heç bir əsas olmadığını bəyan edib.

PERN-in bəyanatında sızıntının dəqiq səbəbinin hələ ki müəyyən edilmədiyi qeyd olunub.

Qeyd edəK ki, “Drujba” neft kəməri Almaniya, Polşa, Belarus, Macarıstan, Slovakiya, Çexiya və Avstriya da daxil olmaqla Rusiya neftinin Avropaya nəqlini həyata keçirən və dünyanın ən böyük neft kəmərlərindən biri hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR