Prokuror qətldə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror qətldə təqsirləndirilən şəxsə cəza istəyib
# 22 sentyabr 2016 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses sentyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Sumqayıt sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətlər olan meyiti yol kənarında aşkarlanıb. İlkin olaraq polisə G. Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib. Əməliyyat tədbirləri nəticəsində G. Dadaşovanı münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədovun döyülərək qətlə yetirdiyi məlum olub və o, tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR