Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşərək ölüb

Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşərək ölüb
# 08 mart 2016 19:54 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmir rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Topalhəsənli kəndində baş verib.

Nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Həzrət Rahim oğlu Abdullayev həyətdəki su quyusuna düşərək ölüb.

Rayon prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR