Nazirlik: 3 mindən çox vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub

Nazirlik: 3 mindən çox vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub
# 21 noyabr 2016 11:27 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işsiz və işaxtaran vətəndaşların əmək bazarında rəqabətqabiliyyətli peşələrə yiyələnməklə məşğulluq imkanlarına malik olması məqsədilə tədbirlərini davam etdirir.

 

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, cari ilin yanvar-oktyabr aylarında nazirlik tərəfindən 3 242 nəfər vətəndaş  kompüter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, xalçaçılıq, qənnadçı, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

 

Həmin şəxslərdən 2 963 nəfəri (o cümlədən 131 nəfər əlil vətəndaş) ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına, qalan 279 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

 

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 242 nəfərin 410 nəfərini və ya 12,6 faizini əlilliyi olan şəxslər təşkil edib. Həmçinin qeyd olunan dövrdə kurslara cəlb olunanların  2 131 nəfəri və ya 65,7 faizi gənclərdən ibarət olub. Kursları bitirən vətəndaşlara sertifikatlar verilib.

 

Gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə onlar arasında  valideynlərin iştirakı ilə peşəyönümü tədbirləri də davam etdirilir. Cari ilin 10 ayında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət olan 90 140 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Bu tədbirlərdə gənclərə mövcud əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhət və tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR