Bakıda mənzildən 20 min manat və 15 min dollar dəyərində qızıl oğurlanıb

Bakıda mənzildən 20 min manat və 15 min dollar dəyərində qızıl oğurlanıb
# 24 may 2016 12:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun D. Bünyadzadə küçəsi ev 178 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Əjdər Alxas oğlu Rəhimovun evindən açıq pəncərədən keçməklə 20 min manat və 15 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR