Pakistanda xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb  - <span style="color: red;">YENİLƏNİB
# 08 avqust 2016 13:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər xəstəxananın reanimasiya şöbəsində törədilmiş partlayış nəticəsində ilkin olaraq 53 nəfərin həlak olduğu, 50 nəfərin də xəsarət aldığı bildirilirdi.

***

saat 14.02

Bakı. Fərid Mirzəyev – APA. Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində yerləşən xəstəxanada partlayış törədilib.

APA-nın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, xəstəxananın reanimasiya şöbəsində baş vermiş partlayış nəticəsində 53 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.

Məlumata görə, partlayıcı qurğu bir neçə saat əvvəl öldürülmüş vəkil Bilal Ənvər Kasi ilə vidalaşma zamanı işə düşüb, partlayışdan sonra xəstəxanada silahlı atışma başlayıb.

“Hazırda xəstəxana sərhədçilər və polis qüvvələri tərəfindən əhatəyə alınıb. Kvetta şəhəri Əfqanıstanla sərhəddə yerləşir. Həlak olanlar arasında jurnalistlər, polis və hüquqşünaslar var. Hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR