Azərbaycan xalq artisti, dirijor Nəriman Əzimov dünyasını dəyişib.
Bu barədə məlumatı APA-ya “Mədəniyyət” telekanalının direktoru Ramil Qasımov deyib.
Onun sözlərinə görə, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Məlumata görə, o, ürək çatışmazlığından əziyyət çəkirmiş.
Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Nəriman Əzimov 1982-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!