Soyğunçuluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Soyğunçuluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 08 avqust 2016 09:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zahid Namazov və Nihad Abdulrəhimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri 11 il azadlıqdan məhrum edilib

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakini Ceyhun Xasanovu bıçaqla hədələyərək ondan 22 manat pul alıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini Zahid Namazov və Göyçay rayon sakini Nihad Abdulrəhimzadə tutulublar.

Zahid Namazovun Kəpəz Rayon Polis İdarəsi tərəfindən axtarışda olması da müəyyən edilib.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların paytaxt sakinləri Həsən Ələkbərovun və Afərin Mahmudzadənin mobil telefonlarını soyğunçuluq yolu ilə, habelə Bakı şəhər sakini Rəhman Ağagülovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək mobil telefonunu almaları da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR