Serbiya lideri Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini açıqlayıb

Serbiya lideri Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini açıqlayıb
# 18 avqust 2023 14:30 (UTC +04:00)

Serbiya Prezidenti Aleksandar Vuçiç hesab edir ki, Belqrad Ankara ilə yaxşı münasibətlər saxlamalıdır və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün addım olacaq.

APA xəbər verir ki, bunu Serbiya lideri “Radio Television of Serbia” (RTS) kanalına müsahibəsində deyib.

Qeyd edək ki, həm 19-27 avqust tarixlərində Budapeştdə atletika üzrə dünya çempionatı keçiriləcək, həm də 20 avqustda Macarıstan dövlətinin yaranmasına həsr olunmuş milli bayram - Müqəddəs Stefan Günü qeyd olunacaq.

Bununla əlaqədar olaraq, Budapeştə Qətər əmiri, Serbiya və Türkiyə Prezidentləri, Mərkəzi Asiya ölkələrinin nümayəndələri, iş adamları, o cümlədən Avropa İttifaqı və Çinin nümayəndələri səfər edəcəklər.

Aleksandar Vuçiç də Macarıstana səfəri çərçivəsində Türkiyə lideri ilə görüşü səbirsizliklə gözlədiyini qeyd edib.

“Bizim üçün Türkiyə ilə ən yaxşı münasibətləri qoruyub saxlamaq vacibdir. Türkiyə böyük regional gücdür. Ərdoğanla ayrıca görüşümüz təsdiqlənib və bu, əlaqələrimizin yaxşılaşdırılması istiqamətində bir addım olacaq”, - deyə Vuçiç bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR