Bakı. Şəhriyar Əlizadə - APA. Leyla Yunus və Arif Yunuslarla bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti məhkəməyə təqdim edilib. Yaxın günlərdə şikayətə baxılacağı gözlənilir.
Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Lakin məhkəmə onların müraciətini təmin etməyib.