Slovakiya Prezidenti Kəşfiyyat Xidmətinin rəhbərini vəzifəsindən azad edib

Slovakiya Prezidenti Kəşfiyyat Xidmətinin rəhbərini vəzifəsindən azad edib
# 21 avqust 2023 16:33 (UTC +04:00)

Slovakiya Prezidenti Zuzana Çaputova Kəşfiyyat Xidmətinin rəhbəri Mixal Alaçı tutduğu vəzifədən azad edib.

APA xəbər verir ki, bu barədə Slovakiya Prezident Administrasiyasının mətbuat katibi Martin Strijines bildirib.

Qeyd edək ki, Alaç bir neçə cinayət işində ittiham olunur və onun slovak iş adamlarından birinin rəhbərlik etdiyi cinayətkar qrupun tərkibində olması barədə şübhələr yaranıb.

Bu səbəbdən Alaç cinayətkar qrup yaratmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinərək avqustun 19-da polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR