Memarlıq və İncəsənət İnstitutu “Azərbaycan milli sirk sənəti 70” mövzusunda konfrans keçirəcək

Memarlıq və İncəsənət İnstitutu “Azərbaycan milli sirk sənəti 70” mövzusunda konfrans keçirəcək
# 22 noyabr 2016 10:44 (UTC +04:00)

Noyabrın 24-də AMEA Memarlıq və İncəsənət İnstitutu “Azərbaycan milli sirk sənəti - 70” mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcək.

İnstitutdan APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ifasında ilk milli sirk proqramının premyerası 1946-cı il iyun ayının 12-də Bakı Dövlət sirkində oynanılıb.

Bu əlamətdar hadisənin 70 illiyinə həsr olunan konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri və s. aktual mövzular müzakirə olunacaq.

ARB Televiziyası və “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Bu Azərbaycan sirkidir” sənədli filminin premyerası ilə açılacaq konfransın proqramında “Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi, Azərbaycan sirkində klounada”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında” kimi məruzələrlə yanaşı milli sirk sənətinin veteranlarının və hazırda Bakı Dövlət Sirkində nümayiş olunan “İntersirk-3” beynəlxalq proqramının iştirakçılarının çıxışları nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR