Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 8 ağır tonnajlı maşın oğurlanıb

Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 8 ağır tonnajlı maşın oğurlanıb
# 04 aprel 2017 11:37 (UTC +04:00)

Ukraynanın Poltava, Hmelnitski və Vinnitsa vilayətlərində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 3 ağır tonnajlı maşınlar oğurlanıb. Yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən “Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev APA-ya bildirib ki, kərə yağlarından ibarət ağır tonnajlı yük maşını Poltava vilayəti ərazisində oğurlanıb.

Yük Azərbaycan investisiyalı “Dapra LTD” şirkətinə məxsusdur. S. Sarıyev qeyd edib ki, yük avtomobilinin sürücüsü Oleksandr Simishko tapılıb və polisə ifadə verib: “Onun ifadəsində maraqlı faktlar üzə çıxır. Bildirir ki, yük yola salınan zaman maşında nasazlıq olur və sahibi Sergey Mixayluk xaricə səfər getdiyi üçün ona nəzarət ilə bağlı təhkim etdiyi Krillə zəng edir. Krill ona yer deyərək maşının ona verməsini və gözləməsini bildirir. Lakin bir müddət sonra nə Krilldən, nə də maşından xəbər çıxmır”.

Digər Azərbaycan şirkətinə göndərilən konserv üçün xammallarından ibarət yük maşınlarından birinə cavabdehliyi daşıyan Dmitri Mixaylus isə APA-ya bildirib ki, onlara məxsus bir yük maşını Hmelnitski və digər eyni yüklü (Azərbaycana göndərilən) maşın Vinnitsa vilayətində oğurlanıb. Onun da sözlərinə görə, yüklərin maşınların sahibi olduğu ukraynalılar tərəfindən yoxa çıxarıldığı ehtimal olunur və hər maşındakı yükün 300 000 ABŞ dolları miqdarında dəyəri olub.

APA-nın əldə etdiyi məlumata görə, Ukraynanın Kiyev də daxil olmaqla müxtəlif vilayətlərində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 5 maşın oğurlanıb. Maşınlardakı yüklərin dəyəri müvafiq olaraq 100 000 - 300 000 ABŞ dolları arası olub.

“Azərsun Holding”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov APA-ya bildirib ki, oğurlanan yük maşınlarından biri onlara məxsusdur. A. Səfərov yüklərin nədən ibarət olması barədə məlumata malik olmadığını bildirib. O onlarda digər Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların oğurlanması barədə də məlumatın olduğunu təsdiqləyib.

Bir müddət əvvəl Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu oğurlanan 10 maşından 2-dəki yüklərə cavabdehlik daşıyan azərbaycanlı iş adamı, İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov APA-ya bildirib ki, onu cavabdehlik daşıdığı yüklərin oğurlanmasında maşınların məxsus olduğu yerli “Transimpeks LTD” əli olduğu ehtimal olunur: “Çox təəssüf ki, yerli hüquq mühafizə orqanları ciddi məşğul olmur və nəticə yoxdur. Bizdə olan ehtimala görə, istər digər azərbaycanlı iş adamlarının cavabdehlik daşıdığı, istərsə də mənə məxsus yüklərin olduğu maşınların oğurlanmasında şübhəli bilinən maşın sahibləri ümumi bir şəbəkəyə xidmət edir. Bu, biz azərbaycanlı iş adamlarını ciddi narahat edir”.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynada Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 10 ağır tonnajlı maşın oğurlanmışdı ki, bunlar “Veysəloğlu”, Alpenfud” və digər şirkətlərə məxsus yüklər olub. Yüklər Ukraynanın Xmelnitski və Çerniqov vilayətlərində oğurlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR