Bakı. Hafiz Heydərov – APA. Türkiyə vətəndaşı Bakıda faciəli şəkildə ölüb.
Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün "Şimal" DRES qəsəbəsində yerləşən şirkətlərdən birində qeydə alınıb. Oranın işçisi, Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Vehbi Dursun elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.