ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirib

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirib
# 17 avqust 2016 10:34 (UTC +04:00)

Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində qoşunların qarşıdurma xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR