SQ Baş Qərargahı: Ukrayna 2 istiqamətdən dron hücumuna məruz qalıb

SQ Baş Qərargahı: Ukrayna 2 istiqamətdən dron hücumuna məruz qalıb
# 30 avqust 2023 03:10 (UTC +04:00)

Çərşənbə axşamı, avqustun 30-na keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram səhifəsində məlumat verilib.

Hazırda iki qrup dronla hücum həyata keçirilir. Birinci qrup PUA-lar Kiyev istiqamətində, ikinci qrup Dnepropetrovsk və Nikolaev vilayətləri istiqamətində hücum edir.

Çerniqov, Sumı, Poltava, Çerkassı, Kirovoqrad və Dnepropetrovsk vilayətlərində həyəcan siqnalı işə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR