Oktyabr ayında Azərbaycanda pul bazası artıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 638,6 mln. manat artıb.
Başqa sözlə, oktyabrda ölkədə pul bazası 9,4% artaraq 7 448,9 mln. manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 393 mln. manat və ya 5,6%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 547,1 mln. manat və ya 7,9% artım deməkdir.