Stoltenberq Orbanla İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 16 oktyabr 2023 18:38 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq və Macarıstan Baş naziri Viktor Orban arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə NATO Baş katibinin "X" hesabında bildirilib.

"Macarıstanın Baş naziri Viktor Orban ilə Ukraynadakı vəziyyət və bu ölkəyə dəstəyimizin əhəmiyyəti haqqında danışdıq. Qeyri-sabitliyin və qlobal rəqabətin artdığı bir vaxtda biz NATO-da həmrəy olmağa davam etməliyik. Biz həmçinin İsveçin NATO-ya gözlənilən üzvlüyü barədə də danışdıq", Stoltenberq bildirib.

Xatırladaq ki, Macarıstan və Türkiyə parlamentləri hələ də İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR