Stoltenberq: Rusiyanın Ukraynaya hücumu ona çox baha başa gələ bilər

Stoltenberq: Rusiyanın Ukraynaya hücumu ona çox baha başa gələ bilər
# 21 yanvar 2022 00:02 (UTC +04:00)

NATO-nun Baş Katibi Yens Stoltenberq bildirib ki, Co Baydenin “kiçik hücum” barədə açıqlaması Rusiyanın Ukraynaya qarşı potensial hücumuna yaşıl işıq yandırmaq anlamına gəlmir.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“30 müttəfiq birlikdədir. 30 müttəfiq aydın şəkildə bildirir ki, Rusiya Ukraynaya hücum edəcəyi, ona qarşı aqressiv vasitələr tətbiq edəcəyi halda bu ona çox baha başa gələcək. NATO-nun müttəfiqləri bu zaman əvvəlki dövrdə davrandıqları kimi davranacaqlar”, - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Rusiya qoşununun Ukrayna sərhədini hər hansı formada keçməsi hücum kimi qiymətləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR