Stoltenberq və Duda Rusiya raketinin Polşa hava məkanına daxil olmasını müzakirə edib

Stoltenberq və Duda Rusiya raketinin Polşa hava məkanına daxil olmasını müzakirə edib
# 29 dekabr 2023 18:46 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Polşa Prezidenti Andjey Duda ilə telefon əlaqəsi saxlayıb.

APA xəbər verir ki, bu barədə Alyansın Baş katibi "X" hesabında bildirib.

"Prezident Duda ilə Polşada baş verən raket insidenti ilə bağlı danışdım. NATO dəyərli müttəfiqimiz Polşa ilə həmrəydir, vəziyyəti izləyir və faktlar müəyyən edilənə qədər təmasda olacağıq. NATO sayıqdır", - Stoltenberq bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın atdığı raket Ukrayna ərazisində Polşanın hava məkanına daxil olub və daha sonra oranı tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR