Bu gündən Azərbaycanda aksiz markalı malların plastik kartlarla satışı müvəqqəti olaraq dayandırılıb

Bu gündən Azərbaycanda aksiz markalı malların plastik kartlarla satışı müvəqqəti olaraq dayandırılıb
# 12 yanvar 2016 14:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda aksiz markalı malların plastik kartlarla satışı bu gündən dayandırılıb.

APA-Economics”in məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu gündən aksizli malların nağd qaydada satışı üçün heç bir problem olmayacaq: “Azərbaycanda bu gün bu işləri həyata keçirmək üçün kifayət qədər POS-terminal var. Yəni, ticarət, ictimai iaşə müəssisələrində 86 mindən artıq POS-terminal quraşdırılıb və ehtiyac olarsa, əlavə yeni POS-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Amma sadəcə olaraq insanlar buna alışmalıdırlar. Kartlar da var. Bu gün Azərbaycanda 6 milyondan çox ödəniş kartı mövcuddur. Sadəcə insanlar özlərui buna hazır olmalıdırlar və bu məsələni geniş təbliğ etməyə ehtiyac var. O ki qaldı spirtli içkilərin nağdsız ödənilməsinə burada prinsip etibarı ilə ciddi bir sual, ciddi bir problem yoxdur. Sadəcə olaraq sənədləşmə ilə bağlı məsələlər var. Bizdə olan məlumata görə, həm bizə, həm Prezident Administrasiyasına, həm Nazirlər Kabinetinə, ölkə başçısına çoxsaylı müraciətlər olunur ki, bu sənədləşmə işlərinin başa çatdırılması üçün müəyyən zaman tələb olunur. Və bütün bunları nəzərə alaraq cənab prezident həmişəki kimi yenə sahibkarlığın inkişafına öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Yəni, hazırlıq işləri tam başa çatandan sonra yəqin ki, bununla bağlı ayrıca qərar veriləcək”.

Nazir müavini əlavə edib ki, qaydaların tətbiqinin dayandırılması həs istehsalçılar, həm də pərakəndə və topdan satışla məşğul olan ticarətçilərə sənədləşdirmə işlərini başa çatdırmağa imkan verəcək: “ Çünki, bunlarda xeyli miqdarda mal qalığı var, bunlar sənədləşməyib. Sənədləşmə məsələləri həllini tapmalıdır. Eyni zamanda, mağazalarda, başqa obyektlərdə bu spirtli içkilərin həm nağd qaydada, sərbəst şəkildə, həm də nağdsız qaydada alınması seçimi alıcılardan asılıdır. Alıcılar hansı qaydada istəsələr, satıcılar buna hazırdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR