“Tax free” sisteminin bütün sərhəd-buraxılış məntəqələrində qurulması mərhələlərlə həyata keçiriləcək

“Tax free” sisteminin bütün sərhəd-buraxılış məntəqələrində qurulması mərhələlərlə həyata keçiriləcək
# 17 avqust 2016 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Tax free” sistemi hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq ediləcək.

APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb: “Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR