Bakı-APA. Oğuz rayonunun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından oğurluq törətməkdə və E.Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıb.