Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinərək aşkarlanan aktivlərin dərhal dondurulması üçün yeni qaydalar müəyyənləşdirilib.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən yeni 40-4-cü fəsildə (Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında işlər üzrə icraat) əksini tapıb.
Yeni fəsildə əks olunan maddələrdə müvafiq icra hakimiyyəti tərəfindən aparılan yoxlama zamanı terrorçuluğun maliyyələşdirilməsində aşkar olunan fiziki və hüquqi şəxslərə məxsus aktivlərin dərhal məhkəmə yolu ilə dondurulması və görüləcək tədbirlər təsbit olunub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.