TDT-nin Baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb

TDT-nin Baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb
# 12 avqust 2023 00:02 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömurəliyev İstanbulda Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə TDT-nın mətbuat katibliyi məlumqt yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər TDT-nin gündəliyində duran məsələləri və üzv dövlətlər arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlığı müzakirə ediblər.

Bundan əlavə, Baş katib vitse-prezident Yılmaza təşkilatın fəaliyyəti, o cümlədən qarşıdan gələn TDT 10-cu Sammitinə hazırlıq barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR